Moldovanın müstəqilliyinin 22-ci ildönümü qeyd olunub
27 avqust 2013 22:21 (UTC +04:00)

Moldovanın müstəqilliyinin 22-ci ildönümü qeyd olunub

Moldovanın Azərbaycandakı səfirliyi ölkəsinin Müstəqilliyinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirib. APA-nın məlumatına görə, tədbiri açan  Moldovanın Azərbaycandakı səfiri İqor Bodyu qonqlara ölkəsinin müstəqillik dövründə inkişafından danışıb.  

 

O qeyd edib ki, Moldova indiyədək dramatik çağırışlarla qarşılaşır – Dnestryanı münaqişəsi hələ ki həll olunmamış qalmaqdadır. “Moldova indiyədək dondurulmuş Dnestryanı münaqişəsinin fəsadlarından əziyyət çəkir. Bu ərazi mərkəzi hakimiyyətin nəzarətindən kənardadır”, deyə səfir qeyd edib. O münaqişənin həll olunacağına ümid etdiyini bildirib.

 

İkitərəfli əlaqələrə toxunan İ.Bodyu vurğulayıb ki, Moldova Azərbaycanı dost ölkə sayır. İki ölkə arasındakı normativ-hüquqi baza 52 sənəddən ibarətdir və Azərbaycanla Moldova arasında əlaqələrin gələcək inkişafı üçün böyük potensialın olduğu bildirilib.   

 

“Moldova ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri daxil olmaqla beynəlxalq hüquq normaları əsasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır”, deyə səfir qeyd edib.

 

Azərbaycanın kən təsərrüfatı naziri İsmət Abasov, öz növbəsində, Azərbaycan hökuməti adından  Moldovanı Müstəqillik Günü münasibətilə təbrik edib. O, ölkələr arasında möhkəm əlaqələrin qurulduğunu qeyd edib.

 

İ.Abasov çıxışında həmçinin Moldova ombudsmanı Aureliya Qriqoriunun Yerevandakı çıxışına da toxunub: “Aureliya Qriqoriu öz çıxışında həqiqətlər barədə danışıb və buna görə ona bizim təşəkkürümüzü çatdırmağınızı xahiş edirik”, deyə nazir bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383
avatar

Oxşar yazılar