ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirib.
APA-nın məlumatına görə, bu barədə C.Uorlik “Twitter” səhifəsində yazıb.
“Türkiyə hökumətinin regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikrini öyrənmək faydalı olub. Biz Minsk qrupu həmsədrlərinin formatına sadiq qalırıq”, - deyə amerikalı diplomat bildirib.
Xatırladaq ki, fevralın əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrləri Bakı və İrəvana səfər ediblər. Səfərin yekunlarına dair qəbul olunmuş bəyanatda həmsədrlər münaqişənin həlli ilə bağlı işi davam etdirmək və yüksək səviyyədə görüşləri təşkil etmək niyyətində olduqlarını bir daha qeyd ediblər.