Bu gün Milli Şuranın 2013-cü il prezident seçkilərinə qatılacaq vahid namizədinin elan ediləcəyi gözlənilir. Lent.az-ın məlumatına görə, bununla bağlı Müsavat Partiyasının qərargahında sessiya keçirilir. Bu, MŞ-nın sayca ikinci sessiyasıdır. Milli Şuranın bugunkü toplantısında bir sıra məsələlərin müzakirə ediləcəyi gözlənilir. Gündəlikdə MŞ-nın prezidentliyə vahid namizədinin irəli sürülməsi ilə yanaşı, Milli Məclisə, Baş prokurorluğa və Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi və digər məsələlər müzakirə ediləcək.
Milli Şuranın növbəti iclası keçirilir
729