*****
17.33
Cəmil Həsənli Rüstəm İbrahimbəyovun təklifi ilə razılaşdı: "Rüstəm İbrahimbəyov nəyə imza atıbsa mən onunla razılaşıram"
*****
17.20
Milli Şuranın növbədənkənar sessiyası keçirilir. Lent.az-ın məlumatına görə, toplantıda Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun sessiya iştirakçılarına ünvanladığı məktub oxunub. O, Milli Şuranın sədri Cəmil Həsənlinin namizədliyinin dəstəklənməsini tövsiyə edib.
*****
16.34
Milli Şuranın növbədənkənar sessiyası keçirilir.
APA-nın məlumatına görə, ötən iclaslardakı narazılıqdan sonra sessiyanın media üçün açıq keçirilməsi qərara alınıb və mətbuat nümayəndələrinin vəsiqələri yoxlanılaraq, iclas zalına buraxılıb.
Sessiyaya Müsavat Partiyasının başqanı İsa Qəmbər sədrlik edir. Milli Şuranın 79 üzvü qeydiyyatdan keçib.
Milli Şura üzvlərinin APA-nın əməkdaşına verdiyi məlumata görə, sessiyada qurumun əlavə vahid namizədlə bağlı qərarı olmayacaqsa, Milli Şuranın bundan sonrakı taleyi şübhə altında qalacaq.
İsa Qəmbər deyib ki, sessiyada yalnız əlavə və ya ikinci vahid namizədin müəyyənləşdirilməsi müzakirə olunacaq.