Milli Şuranın iclası zamanı orda iştirak edən şəxslərdən biri döyülüb. Lent.az-a daxil olan məlumata görə, iclasın gedişinə və mübahisələrə etiraz edən şəxs AXCP sədri Əli Kərimlinin ünvanına kəskin ifadələr işlədib.
Bu isə cəbhəçilərin etirazına səbəb olub. Onu iclasdan çıxarmaq istəyən cəbhəçilərlə həmin şəxs arasında dava düşüb və bu şəxs cəbhəçilər tərəfindən döyülüb.
Musavat.com saytı da hadisənin Müsavat Partiyasının qərargahının dəhlizində baş verməsi barədə məlumat yayıb.
Məlumata görə, dəhlizdə toplantının nəticələrini gözləyənlərin sırasında olan bir nəfər AXCP sədri Əli Kərimlinin barəsində təhqiramiz ifadə işlədib. Cəbhəçilər bu ifadəyə kəskin reaksiya veriblər və qovğa baş verib.
Həmin şəxsin kimliyi dəqiqləşdirilir.