“Mən əvvəldən də o fikirdə idim ki, MŞ-nın vahid namizədi İctimai Palatadan seçilməli idi. Uzaqdan uzağa, telefonla namizəd müəyyən etməzlər”.
Lent.az-ın “aznews”-a istinadən məlumatına görə, bu barədə səsvermədə bitərəf qalan yeganə şəxs Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı bildirib.
Xatırladaq ki, sessiyada iştirak edən MŞ –nın 84 üzvünün 83-ü R.İbrahimbəyovun vahid namizəd elan edilməsinə səs verib, bir nəfər bitərəf qalıb.
VHP rəsmisinin sözlərinə görə, R.İbrahimbəyova səs verməməsinin digər səbəbləri də var ki, onlar haqqında danışmamağı üstün tutur: “Rüstəm İbrahimbəyova səs verməməyimin səbəbləri barədə ətrafımda mənə yaxın olan şəxslərə danışmışam. İndi bunlar barədə mətbuata yenidən danışıb, Milli Şuraya əks getmək istəmirəm”.