Milli Şuranın iclası öz işinə başlayıb. Lent.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan AXCP sədri Əli Kərimli bildirib ki, Milli Şuranın sədri Azərbaycanda olmadığı üçün MŞ-nın tədbirlərinə sədrlik edə bilmir. O qeyd edib ki, vahid namizədin seçki qərargahı formalaşdırılamlıdır: ”Təşkilatı məsələlər növbəti sessiyada müzakirə ediləcək. Bu sessiya yaxın günlərdə keçiriləcək”.
MŞ üzvü Qubad İbadoğlu isə MŞ-nın Memorandumuna bələdiyyələrin səlahiyyətlərinin artırmasını təklif edib.
Bu isə ALP sədri Əvəz Temirxanın narazılığı ilə qarşılanıb. O bildirib ki, bu məsələni MŞ-nın vahid namizədinin üzərinə qoymaq lazım deyil.
Ə. Kərimli isə bildirib ki, bu məsələni uzatmaq lazım deyil.
VAMBP sədri Hacıbaba Əzimov da Milli Şuranın vahid namizədinin öhdəlikləri ilə bağlı memoranduma öz etirazını bildirib.