Milli Məclisin xüsusi sessiyası keçiriləcək
14 may 2014 12:41 (UTC +04:00)

Milli Məclisin xüsusi sessiyası keçiriləcək

Azərbaycan Milli Məclisinin bu il növbədənkənar xüsusi sessiyasının keçirilməsi gözlənilir.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, xüsusi sessiya iyun ayı üçün planlaşdırılır.

 

Bununla bağlı artıq prosedura uyğun olaraq, deputatların üçdə iki hissəsi Konstitusiya hüququndan yararlanaraq təşəbbüslərini spikerə təqdim edib.

 

Səbəb kimi bir sıra zəruri layihələrin xüsusi sessiyada müzakirəyə çıxarılmasına ehtiyac olduğu göstərilir.

 

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası bu ayın sonu başa çatır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995
avatar

Oxşar yazılar