Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
23 oktyabr 2013 11:51 (UTC +04:00)

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Azərbaycan Milli Məclisinin oktyabrın 29-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

 

Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, gündəliyə 20 məsələ daxildir.

 

Bunlar Cinayət, Mülki Prosessual və İnzibati Xətalar məcəllələrində müxtəlif dəyişikliklər, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Sosial müavinətlər haqqında”, “Tarix və mədəniyyət abidlərinin qorunması haqqında” qanunlarda və uşaq hüquqlarının qorunması ilə bağlı bir sıra sənədlərdə dəyişikliklərdir. 

 

# 912
avatar

Oxşar yazılar