Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb. Lent.az-ın məlumatına görə, spiker Oqtay Əsədov iclası açıq elan edərək, gündəliyi açıqlayıb və cari məsələlərə də yer verib.
İclasın gündəliyində 17 məsələ, o cümlədən İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı daxildir. Məlumatı daxili işlər nazirinin müavini, Milli Koordinator, general-leytenant Vilayət Eyvazov məruzə edəcək.