Milli inkişaf yolunda
15 iyul 2013 19:08 (UTC +04:00)

Milli inkişaf yolunda

 

“Son illər Azərbaycan Respublikasının sosial-iqtisadi və siyasi həyatın müxtəlif sahələrində qazandığı uğurlar Azərbaycan rəhbərliyinin seçdiyi və ümummilli dəstək almış, ölkənin beynəlxalq aləmdə nüfuzunun artmasına əsası olmuş xəttin düzgünlüyünü göstərir”.

 

Vladimir PUTİN, Rusiya Federasiyasının Prezidenti

 

“Mən bu dünyada istədiyimiz məqsədə - enerji təhlükəsizliyinə nail olmaqda Prezident İlham Əliyevin və onun hökumətinin mövqeyinə görə minnətdaram. Azərbaycanın oynayacağı rol olduqca vacibdir... Biz zəruri məsələlər haqqında fikir mübadiləsi apardıq və vurğuladıq ki, belə müasir müsəlman ölkəsi və vətəndaşlarının qayğısına qalır və bilir ki, demokratiya gələcəyin əsasını təşkil edir. Cənab Prezident, mən Sizin rəhbərliyinizi yüksək qiymətləndirirəm”.

 

Corc BUŞ, ABŞ-ın keçmiş prezidenti

 

 

Mən böyük məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir.

 

Vətəndaş cəmiyyətinin üzvü olaraq mənim qəti mövqeyim ondan ibarətdir ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunmuşdur.

 

Gəlin keçdiyimiz yola nəzər salaq. Cəmi 20 il ərzində Azərbaycanda bütün sahələrdə böyük keyfiyyət dəyişiklikləri baş vermiş, ölkəmiz keçid dövrünü qısa müddətdə başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Azərbaycanın gələcəkdə daha mühüm uğurlara imza atacağına əminlik yaradan milli sosial-iqtisadi inkişaf modelinin reallaşması nəticəsində əldə olunmuş nailiyyətlərimiz bu gün təkcə ölkə daxilində deyil, bütün dünyada da geniş əks-səda doğurmuşdur. Son illər ərzində Azərbaycan özünəməxsus uğurlu strategiyanı reallaşdırmaqla təmin etdiyi iqtisadi artım nəticəsində xalqın rifah səviyyəsini daha da yüksəltmişdir.

 

Ölkə iqtisadiyyatında qazanılmış uğurların daha da möhkəmləndirilməsi və davamlılığının təmin edilməsi məqsədi ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf  Konsepsiyası Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir. Konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır.

 

İqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifahının yüksəlməsi və ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın simasının daha da yaxşılaşdırılması, regionlarımızın inkişafının təmin edilməsi bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının, dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial təminatlarını yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inam və böyük uğurla aparır.

 

Mən inanıram ki, məs bu inkişaf siyasətinin nəticəsində 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaqdır. Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar:

 

rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair, səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir. Azərbaycan əhalinin gəlirlərinin yüksək, işsizlik səviyyəsinin minimum həddə olduğu, inkişaf etmiş insan kapitalına, mühafizə edilən, sağlam ətraf mühitə və hər bir vətəndaşı üçün geniş imkanlara malik məkan olacaqdır. Azərbaycan iqtisadi inkişaf baxımından regionun lider dövlətindən beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabətqabiliyyətli iştirakçı statusuna yüksəlməsi reallaşdırılacaqdır. 

 

Hesab edirəm ki, qarşımızda duran bu məqsədlərə çatmaq üçün vətəndaş cəmiyyətinin hər bir üzvü qarşıdan gələn seçkilərdə iştirak etməli və “Azərbaycanın inkişafı naminə birlik!” şüarı ilə Prezidentimizə dəstək olmalıdır.

 

13 il əvvəl "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir"  deyərək ictimai nailiyyətə başlayan cənab İlham Əliyevin 5 il öncə söylədiyi "Mən hər bır Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm" fikirləri bu gün konkret nəticələri ilə xarakterizə olunur. Bunları görmək üçün prezidentlik fəaliyyətinin keçən 5 ilinin leytmotivini təşkil edən ən mühüm vəzifələr və onların uğurla yerinə yetirilməsinin real mənzərəsi ilə tanış olmaq kifayətdir. Dövlət başçısının prezidentlik fəaliyyətinin 5 il ərzində bütün istiqamətlər üzrə nəzərə çarpacaq nailiyyətlər: minlərlə yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət yeridilməsi, Avropa və dünya  strukturların inteqrasiyanın davam etdirilməsi bu günün reallığıdır. 

 

2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni iqtisadi siyasət strategiyası həyata keçirilir. Təsadüfi deyil ki, dövlət  başçısının prezidentlik fəaliyyətində verdiyi ilk fərmanlar da məhz sosial-iqtisadi  inkişafın sürətləndirilməsi tədbirləri və regionların sosial-iqtisadi inkişafı haqqında  olubdur. Bu kompleks proqramların icrası daim dövlət başçısının şəxsi nəzarəti  altında həyata keçirilir. Prezidentin bölgələrə müntəzəm səfərləri, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, əhali ilə görüşləri, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə tapşırıqların yerinə yetirilməsi barədə konkret qərarlar verməsi artıq ənənəyə çevrilmişdir, elmi əsaslara söykənən neft strategiyasının həyata keçirilməsi hazırda  iqtisadi siyasətinin əsas istiqamətlərində birini təşkil edir. Bu gün Azərbaycanda möhtərəm Prezidentin gərgin əməyi və yorulmaz fəaliyyəti sayəsində dinamik inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə aparan strateji siyasi kursu layiqincə davam etdirilir və bu  yorulmaz fəaliyyət ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən yol-nəqliyyat kompleksinin  dinamik inkişafı üçün də böyük imkanlar yaradır. "Neft sektorundan sonra nəqliyyat ölkə üçün ən mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir. Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha sürətlə inkişaf etdirəcəyik. Azərbaycan Şərq-Qərb  və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin həyata keçirilməsində fəal rol  oynayır. Gələcəkdə tranzit ölkə kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz  daha da güclənəcəkdir" - möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu kəlamları ölkədə nəqliyyat sisteminə göstərilən böyük diqqətin bariz nümunəsidir.

 

Qeyd etdiyim kimi, cənab İlham Əliyevin prezidentlik müddətində həllinə çalışdığı ən vacib məsələlərdən biri işğal altında olan torpaqlarımızı azad etmək və Ermənistanın etnik təmizləmə siyasətinin hədəfi olmuş yurddaşlarımızın həyat səviyyəsini yaxşılaşdırmaq, yurd-yuvalarından didərgin salınmış insanları öz ata-baba torpaqlarına qaytarmaqdır. Başqa sözlə, möhtərəm Prezidentimiz İlham Əliyevin ən çox diqqətdə saxladığı məsələlərdən biri məhz qaçqın və məcburi köçkünlərin taleyidir. Bu problemin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olmaq üçün bütün imkanlardan istifadə edən Prezidentimiz dəfələrlə bildirmişdir ki, hələlik sülh potensialı tükənməyibdir. Azərbaycanın işğal altında olan torpaqları sülh yolu ilə azad edilməsə, o zaman başqa vasitələrdən istifadə olunacaq. Elə bu məqsədlə də ölkəmizdə ordu quruculuğu prosesi sürətlə aparılır, hərbi büdcəyə ayrılan xərclər ildən-ilə artır. Dövlətimizin başçısı İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin siyasi həlli ilə əlaqədar Ermənistan prezidenti, ATƏT-in Minsk qrupunun həmsədrləri, xarici ölkə rəhbərləri ilə 100-dən artıq görüş keçirmiş və ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığı ilə bağlı prinsipial mövqeyinin dəyişməz olduğunu nümayiş etdirmişdir. Prezidentlik fəaliyyətinin keçən 5 il ərzində cənab İlham Əliyev təhsil, səhiyyə və idman sahələrinə də xüsusi diqqət və qayğı göstərmişdir, daxili siyasətdə qazandığı uğurlar xarici siyasət məsələlərinin və diplomatiyamızın qarşısında  duran mühüm vəzifələrin həllində də əsaslı stimullaşdırıcı rol oynamışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında, sadalanan və digər mühüm xarici siyasət vəzifələrinin uğurla həyata keçirilməsi ölkəmizi beynəlxalq rəqabət meydanına deyil, əməkdaşlıq məkanına çevirməkdədir.

 

Xüsusi vurğulamalıyam  ki, ölkəmizin inkişafı, insanların rifahının yaxşılaşdırılması naminə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük layihələrin həyata keçirilməsi və bu yöndə daha əhəmiyyətli nailiyyətlərin ortada olması, eləcə də ölkənin beynəlxalq aləmdə nüfuzunun artması kompleks halda Azərbaycanın yeni imicini formalaşdırıb.

 

Gəldiyim nəticə sadə və birmənalıdır: Azərbaycan siyasi mühitində Prezident İlham Əliyevlə rəqabət apara biləcək hər hansı bir siyasətçi yoxdur.

 

Biz vətəndaş cəmiyyətinin nümayəndələri Prezident İlham Əliyevin namizədliyini dəstəkləməklə son 10 il ərzində onun rəhbərliyi altında ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrinə qiymət vermiş oluruq. Əminəm ki, qarşıdan gələn prezident seçkilərində vətəndaş cəmiyyətinin fəal nümayəndələrinin formalaşmış mövqeyi ölkə Prezidenti İlham Əliyevin namizədliyinin dəstəklənməsindən ibarətdir.

 

Lyudmila Xəlilova,

 

Bakı şəhər Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin Hüquq məsələləri üzrə Daimi Komissiyanın rəhbəri, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 589
avatar

Oxşar yazılar