Bu gün Milli Məclisdə cari məsələlər üçün ayrılmış vaxtda çıxış edən millət vəkili Sabir Rüstəmxanlı Abşeron torpaqlarının saılmasından şikayətlənib, ARDNŞ-i sərt tənqid edib.
Lent.az-ın verdiyi məlumata görə, Sabir Rüstəmxanlı Abşeron torpaqlarının kimlərə satılmasının müəyyənləşdirilməsini zəruri sayıb.
O qeyd edib ki, Qaradağ yolundakı mayakın ətrafını söküblər: “Belə olmaz”.
Sabir Rüstəmxanlı Türkiyədə bəzi telekanallarda Şah İsmayıl Səfəvi kimi tarixi şəxsiyyətlərimizin təhqir olunduğunu da bildirib: “Məsələn, “Kanal 24” telekanalında Şah İsmayıl təhqir olunur. Bu telekanal ARDNŞ-ə məxsusdur, o teleakanalda niyə Şah İsmayıl təhqir olunur? ARDNŞ rəhbərliyi buna cavab verməlidir”.