Fevralın 18-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Viktor Tsvirkunu qəbul edib.
Lent.az-ın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə QDİƏT arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Viktor Tsvirkun nazir Elmar Məmmədyarova təşkilatın gündəliyində duran məsələlər haqda məlumat verib. Həmçinin Azərbaycan tərəfinə təşkilata göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Nazir Elmar Məmmədyarov QDİƏT baş katibinə Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Trans Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsi haqda söhbət açıb.
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqda da məlumat verib.