Məhbus-jurnalist, Səid Mətinpur təkadamlıq kameraya köçürülüb
18 iyul 2013 07:04 (UTC +04:00)

Məhbus-jurnalist, Səid Mətinpur təkadamlıq kameraya köçürülüb

Tehranın Evin həbsxanasında saxlanılan tanınmış azərbaycanlı jurnalist və fəal Səid Mətinpur təkadamlıq kameraya köçürülüb. 

Lent.az-ın “Oyannews”a istinadən məlumatına görə, buna səbəb onun digər məhbus yoldaşları ilə birlikdə iyulun 16-da Tehranın Evin həbsxanasının 350-ci bəndində piket keçirməsidir. Onlar məhbus yoldaşları Əli Nəzərinin Tehranın Evin həbsxanasının xəstəxanasından Zabul zindanına sürgün olunmasına etiraz ediblər. Həbsxana məmurlara buna cavab olaraq Səid Mətinpur, Əmir Xosrov Dəlirsani, Hutən Dövləti, Siyamək Qadiri, Məhəmməd İbrahimi və İbrahim Babayiyə 20 gün cəza veriblər və zindanın 240-cı bəndindəki təkadamlıq kameralara yerləşdiriblər.

 

Qeyd edək ki, S. Mətinpur 2007-ci ildə tutularaq 9 ay təcridxanada saxlanılıb. Girov müqabilində məhkəməyə qədər sərbəst buraxılıb. 2009-cu ilin iyulunda keçirilən məhkəmə prosesində isə 8 il müddətinə azadlıqdan məhrum edilib. S. Mətinpur 2008-ci ildə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 8 il azadlıqdan məhrum edilib. O əcnəbilərlə əlaqəyə girərək İranın dövlət quruluşuna qarşı təbliğat aparmaqda təqsirləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412
avatar

Oxşar yazılar