Maya Pancikidze: ”Azərbaycanla münasibətimiz yaxşıdır ”
11 iyun 2013 18:39 (UTC +04:00)

Maya Pancikidze: ”Azərbaycanla münasibətimiz yaxşıdır ”

“Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya prosesinin həlli məsələlərində hökumətlərarası komissiyalar işləyir.


 

Bu sahədə tərəqqi olacaq.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan paytaxtında jurnalistlərlə görüşdə xarici işlər naziri Maya Pancikidze bildirib.

 

Onun sözlərinə görə, Gürcüstanın hələlik bu məsələlərlə məşğul olmağa vaxtı yoxdur: “Hansısa bir neçə məsələ həll olunmamış qalıb. Bu məsələlər işçi qruplar səviyyəsində həll olunacaq. Azərbaycan və Gürcüstan arasında həll olunmamış məsələ yoxdur. Bizim Azərbaycanla münasibətimiz çox yaxşıdır”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383
avatar

Oxşar yazılar