Litvanın Aİ-yə sədrliyi ilə bağlı rəsmi qəbul
08 iyul 2013 22:12 (UTC +04:00)

Litvanın Aİ-yə sədrliyi ilə bağlı rəsmi qəbul

Bu gün Bakıda Litvanın Avropa İttifaqına (Aİ)sədrliyi ilə bağlı rəsmi qəbul keçirilib.

 

APA-in məlumatına görə, tədbirin əvvəlində Litva haqqında videoçarx nümayiş etdirilib. Daha sonra qonaqları salamlayan Litvanın Azərbaycandakı səfiri Arturas Jurauskas xatırladıb ki, iyulun 1-dən Litva Avropa İttifaqında (Aİ) sədrliyə başlayacaq. Səfir qeyd edib ki, Aİ-nın Bakıdakı nümayəndəliyi İttifaqın Azərbaycanla bağlı xarici siyasətinin yerinə yetirilməsində öz əsas rolunu oynamaqda davam edəcək.

 

Səfirin sözlərinə görə, Litvanın sədrliyi zamanı diqqət yönəldilən məsələlər arasında rəqəmsal proqram, Şərq Tərəfdaşlığı, müdafiəsi və təhlükəsizliyi olacaq.

 

Səfir bildirib ki, növbəti 6 ay ərzində Litva öz diqqətini, etibarlı, inkişafda olan və səmimi Avropanın  üç tələb olunan göstəricisinə yönəldəcək: “Birinci göstərici Aİ-də maliyyə sabitliyi üçün ilkin şərt kimi maliyyə nizam-intizamıdır. İkinci göstərici yeganə bazarın paralel şərtlərinə uyğun olaraq yaradılan Avropanın iqtisadi inkişafıdır. 3-cü göstərici Avropanın səmimiliyidir ki, bu da Şərq Tərəfdaşlıq Sammitinə hazırlıq və Aİ-nin xarici sərhədlərinin qorunması və onlara effektiv nəzarət olunmasında, genişləndirilməsi yollarının axtarılmasında vacib yer tutur”.

 

Səfir bildirib ki, Litva sədrliyi zamanı baş verəcək əsas hadisə Vətəndaş Cəmiyyəti Konfransı və Şərq Tərəfdaşlığı üzrə Biznes Forumu tərəfindən aparılan 2013-cü il noyabrın 28-29-da Vilnüsdə keçiriləcək üçüncü Şərq Tərəfdaşlığı Sammitidir: “Litva Vilnüs şəhərində keçiriləcək sammitin siyasi əməkdaşlıq və iqtisadi inteqrasiyasının birgə məqsədə çatması üçün nəzərə çarpacaq irəliləyişin olacağına kömək edəcəyinə ümid edir”.

 

Səfir vurğulayıb ki, Şərq Tərəfdaşlığı Azərbaycan və Avropa xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət edəcək. Səfirin sözlərinə görə, Litva üçün Şərqi Tərəfdaşlıq təşəbbüsünün Azərbaycan üçün faydalı olması çox vacibdir: “Buna görə də, ölkəmiz Şərq Tərəfdaşlıq siyasətinin formalaşdırılmasında əsas rol oynamaqdadır”.

 

Səfir onu da əlavə edib ki, Azərbaycan ilə Aİ arasında viza sadələşdirilməsi üzrə danışıqlar artıq başa çatır və Vilnüs sammitində sazişin imzalanması gözlənilir: “Bu saziş Azərbaycan xalqına Aİ-ə səyahətlər prosedurundan faydalanmağa imkan verəcək. Ümid edirəm ki, Vilnüs sammitində Azərbaycan ilə Aİ arasında daha möhkəm əməkdaşlıq əlaqələrinin qurulmasına və nailiyyətlərimizi birləşdirməyə nail olacağıq. Azərbaycan ilə Aİ arasında münasibətlərin nəticəsi kimi hədsiz imkanların əldə olunması gözlənilir. Bu çiçəklənmə və inkişaf üçün möhkəm təməl quracağımıza inanırıq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370
avatar

Oxşar yazılar