Nazim İbrahimov: ”...fikir ayrılığı labüddür ”
21 iyun 2013 10:53 (UTC +04:00)

Nazim İbrahimov: ”...fikir ayrılığı labüddür ”

0

“Azərbaycan prezidenti İlham Əliyevin böyük dəstəyi və ardıcıl surətdə bu işə nəzarəti ilə artıq türk dünyasının birliyində xüsusi addımlar atılmağa başlayıb”. Lent. az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O, bildirib ki, daha geniş coğrafiyada yəni, Qazaxıstanın və Qırğızıstanın qatılması ilə ilk dəfədir ki, belə bir tədbir keçirilir.
“Hesab edirəm ki, bu türk dünyasının birliyi istiqamətində atılan mühüm addımlardan biridir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan diasporu daha bir olaraq, qarşıya çıxan problemlərdə birlik göstərərək gücümüzə güc qatacaq, səsimizi daha ucadan səsləndirəcək. Bizim dövlətlər üçün bu məsələnin çox böyük əhəmiyyəti vardır”.
N. İbrahimov bir sıra ölkələrdə Azərbaycan diaspor təşkilatlarda fikir ayrılıqlarının olmasına da toxunub. O, vurğulayıb ki, bu gün azərbaycanlıların heç bir yerdə problemi yoxdur: “Biz yanaşma tərzimizi bir qədər dəyişməliyik. Yüz minlərlə insanların yaşadığı bir ölkədə çoxlu təşkilatlar da, fikir ayrılıqları da mövcud ola bilər. Eyni zamanda eyni məsələyə müxtəlif yanaşmalar da ola bilər. Ən ümdə məsələ azərbaycanlıların bir olub müxtəlif istiqamətlərdə işləsələr də Azərbaycan ətrafında sıx birləşsinlər ”.

N. İbrahimov onu da vurğulayıb ki, fikir ayrılıqları labüddür və fikir ayrılıqları olan yerdə inkişaf da var. Hətta hesab edirəm ki, müxtəlif ölkələrdə rəqabət olan yerdə azərbaycanlılar daha da aktiv işləməyə sövq olunurlar: “Bir çox ölkələrdə bəzən bir təşkilatın olması arxayınçılığa da gətirib çıxarar. Hesab edirəm ki, mətbuat sahələrində hər hansı ölkədə yaşanmış xırda problemləri qabarıq şəkildə işıqlandırmaq Azərbaycan diasporunun gələcək fəaliyyətində kölgə salmış olur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar