Kəmaləddin Heydərov Litvanın daxili işlər naziri ilə görüşüb - <span style="color:red;">YENİLƏNİB
14 aprel 2014 20:07 (UTC +04:00)

Kəmaləddin Heydərov Litvanın daxili işlər naziri ilə görüşüb - YENİLƏNİB

Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda rəsmi səfərdə olan Litva Respublikasının daxili işlər naziri Dailis Alfonsas Barakauskasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüş zamanı fövqəladə halların idarə olunması sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

 

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “Əməliyyat zalı” və İctimaiyyətlə Əlaqə İdarəsinin Multimedia Mərkəzinin fəaliyyəti ilə tanış olublar.

 

Qonaq həmçinin Fövqəladə Hallar Nazirliyinin Akademiyası və Dövlət Yanğından Mühafizə Xidmətinə baş çəkib, onların fəaliyyəti ilə yaxından tanış olub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar