Ramiz Tağıyev azadlığa buraxılıb
19 iyun 2013 22:06 (UTC +04:00)

Ramiz Tağıyev azadlığa buraxılıb

keçmiş cəbhəçi Ramiz Tağıyev azadlığa buraxılıb.  Bu barədə APA-ya Ramiz Tağıyev özü məlumat verib.


O, qeyd edib ki, bu gün Ali Məhkəmədə onun kasasiya şikayətinə baxılıb. Məhkəmə R.Tağıyevin şikayətini təmin edib, onun barəsində çıxarılmış həbs qətimkan tədbirini ləğv edib.  Buna səbəb ona qarşı açılmış cinayət işindəki maddələrdən birinə xitam verilməsi olub.

 

R Tağıyev bildirib ki, o, Ali Məhkəmənin bu qərarını ədalətin bərpa olunması kimi qiymətləndirir: “Mən bu gün əmin oldum ki, Azərbaycan məhkəmələrində ədalət artıq bərpa olunub”.

 

Qeyd edək ki, R.Tağıyev 2010-cu ildə Cinayət Məcəlləsinin 4 maddəsi ilə təqsirləndirilərək 8 il müddətinə azadlıqdan məhrum olunmuşdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1489
avatar

Oxşar yazılar