Binyamin Netenyahu: “İsrail hərbi müdaxiləyə hazırdır”
İsrail baş naziri Binyamin Netenyahu İrana sonuncu dəfə xəbərdarlıq edib.
Lent.az-ın verdiyi məlumata görə, CBS telekanalına müsahibə verən Binyamin Netenyahu deyib ki, İran gün keçdikcə nüvə silahı yaratmağa daha da yaxınlaşır və bunun qarşısını almaq üçün ABŞ-dan öncə İsrail hərəkətə keçəcək.
İranın nüvə proqramını davam etdirməsinə qarşı İsrailin ABŞ qədər gözləmək niyyəti olmadığını vurğulayan Binyamin Netenyahu bildirib ki, İsrail İrana daha yaxındır: “İsrail açıq bir hədəfdir və İranın qarşısının alınması sualına ABŞ-dan öncə biz cavab tapmaq məcburiyyətindəyik”.
Binyamin Netenyahu İranda prezident seçkilərindən sonra İsrailin mövqeyi və davranışının dəyişmədiyini bildirib. Onun sözlərinə görə, avqustun 3-də and içərək vəzifəsinin icrasına başlayacaq yeni prezident Hassan Ruhaninin idarə edəcəyi İranın siyasəti dəyişməyəcək: “Hassan Ruhani sələfi Mahmud Əhmədinejadı qurd postunda qurd olduğu üçün tənqid edir. Hassan Ruhaninin də strategiyası quzu postunda qurd olmaqdır. İşi gülümsəmək və nüvə bombasını hazırlamaqdır. Əgər sanksiyalar bir işə yaramazsa, hər kəs bilməlidir ki, İsrail hərbi müdaxiləyə hazırdır”.