Müsavat başqanı İsa Qəmbər MŞ-ın iclasında çıxış edib. Lent.az-ın məlumatına görə, çıxışı zamanı İsa Qəmbər bildirib ki, Rüstəm İbrahimbəyov müxalifətin vahid namizədi ola bilər. İndi isə artıq biz onun namizədliyini priotet hesab edirik. Onun namizədliyinin müsbət məqamları ilə yanaşı, riskli məqamları da var.
“Rüstəm İbrahimbəyov bir aydan sonra ölkəyə dönəcəyini deyib. Ümid edirik ki, “100 minlik mitinq olsun gəlim” kimi fikirlər eşitməyəcəyik. Müsavat Partiyası olaraq, MŞ-nın əsasnaməsinə əsaslanaraq, Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürürük”.