İran-Ermənistan əlaqələrinə etiraz edən azərbaycanlının məhkəməsi başlayır
01 iyul 2013 00:15 (UTC +04:00)

İran-Ermənistan əlaqələrinə etiraz edən azərbaycanlının məhkəməsi başlayır

Bu gün İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən daha bir azərbaycanlı fəalın məhkəmə prosesi başlayır.

 

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, höccətülislam Əbdüləziz Əzimi Qədim din xadimi olduğundan onun məhkəmə prosesi Təbriz Ali Ruhaniyyət Məhkəməsində keçiriləcək.

 

Azərbaycanlı fəal qanunsuz toplantı təşkil etməkdə günahlandırılır. Bundan əvvəl də, yəni iyunun 19-da Marağa İnqilab Məhkəməsində İran-Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən iki azərbaycanlı fəal - Davud Əzimzadə və Bəhmən Xaliqinin məhkəmə prosesi başlayıb. Onlar qanunsuz qruplara üzv olmaq və ölkənin milli təklükəsizliyinə xələl vurmaqda ittiham edilirlər.

 

 

Qeyd edək ki, Ə. Qədim 2012-ci il dekabrın 27-də Marağa şəhərində İranın Şərqi Azərbaycan vilayətinin Ermənistanla əlaqələrinə etiraz olaraq keçirilmiş aksiyada həbs edilib. Azərbaycanlı fəal bir müddət İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Təbriz şöbəsində saxlanılıb. O daha sonra, yəni bu il fevralın 10-da Təbriz həbsxanasına köçürülüb, martın 24-də isə zəmanətlə sərbəst buraxılıb. Ə. Qədim əvvəllər də həbs edilib, hətta “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) onunla bağlı 2005-2006-cı illərdə üç dəfə ayrıca bəyanat verib.

 

 

Bu arada Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəallar Həsən Ərk və Abdullah (Güntay) Səduqinin zəmanətlə azadlığa buraxılması ilə razılaşmayıb. Belə ki, məhkəmə Təbriz şəhərinin mərkəzi həbsxanasının rəhbərliyinin bununla bağlı qərarına qarşı çıxıb. H. Ərkin bel ağrısı, astma və ürək xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814
avatar

Oxşar yazılar