İqbal Ağazadə: “Milli Şura ilə bağlı şübhələrimiz var..” - MÜSAHİBƏ
13 iyul 2013 15:01 (UTC +04:00)

İqbal Ağazadə: “Milli Şura ilə bağlı şübhələrimiz var..” - MÜSAHİBƏ

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin APA-ya müsahibəsi

 

- Milli Şuranın milli maraqlara xidmət etməməsi ilə bağlı fikirlər, Sizcə, nəyə əsaslanır?

 

- Milli Şuranın milli maraqlara xidmət etməməsi ilə bağlı məsələni məhkəmədə sübut, ifşa, yaxud müdafiə etmək niyyətində deyiləm. Mənim də Milli Şura adlı bir problemim yoxdur. Milli Şura ilə bağlı dediklərim, mövqeyim, məni və bizi dəstəkləyən insanların ümumi narahatlığından doğan, Azərbaycanın mənafeyini hər şeydən üstün tutan şəxslərin səsi kimi eşidilməlidir. Sübut edib-etməmək məsələsi bizim problem deyil. Biz narahatlığımızı ifadə edirik. Azərbaycan mənafeyindən kənara çıxmayan, demokratiyanın, dövlət müstəqilliyimizin yanında olan hər kəslə sona qədər bir yerdə olmağa hazırıq. Lakin biz şübhələrimizi ifadə etmişik. Bu şübhələrin aradan qaldırılması üçün bizə ciddi sübutlar göstərilməlidir. Hələlik bizim şübhələr nə dərəcədə özünün təsdiqini tapmayıbsa, onların da özlərini müdafiəsi o dərəcədə təsdiqini tapmayıb.

 

- Son günlər bəzi siyasətçilər tərəfindən sizin ünvanınıza müəyyən fikirlər səslənir...

 

- Mən adamların psixoloji durumu, fəaliyyət və fəaliyyətsizliyi, uğur və ya uğursuzluqları ilə bağlı araşdırma aparmaq niyyətində deyiləm. Allah hər kəsə kömək olsun ki, insanlar bir qədər gülərüz, xoşniyyətli olsunlar. Əsəb yaradan problemlər, nəticəsizlik sindromu və qarşılarına qoyduqları hədəf və məqsədlərə gedişdə yaranan problemlər gərginlik yaradır. Ancaq həmin qurumlara ideya qıtlığı, fəaliyyət strategiyası ilə bağlı yol göstərməyə hazırıq.  

 

- ADP-də prezident seçkilərinə partiya sədri Sərdar Cəlaloğlu ilə gedilməsinə dair təkliflər də səslənib...

 

- İki partiya arasında bütün məsələlər eyni mövqeyə söykənmiş olsaydı, birləşərdilər. ADP və Ümid Partiyası varsa, deməli fikir ayrılığı mövcuddur. Lakin “Qarabağ” blokunda bizi birləşdirən ümumi dəyər var. Ola bilsin ki, namizəd məsələsində ADP-çi dostlarımız və ya Ümid Partiyasında başqa cür düşünürlər. Bunu normal qəbul etmək lazımdır. Bizim hər hansı birimizin prezidentliyə namizəd olub-olmaması münasibətlərimizə xələl gətirən və ya dostluğumuzu möhkəmləndirən məsələ deyil. Bizim dostluğumuz Azərbaycan mənafeyi üzərində qurulub. Azərbaycanın mənafeyi naminə mən də, Sərdar Cəlaloğlu da namizəd ola və ya olmaya bilər. Biz bunun üzərində dayanıb, dostlarla düşmən olmaq, “Niyə siz fərqli düşünürsünüz?” deyə, üzərinə getmək niyyətindən və mədəniyyətindən uzağıq.     

 

- Siz də prezidentliyə namizədliyinizin irəli sürülməsi mövqeyində qalırsınız?

      

- Əlbəttə, biz seçkilərdə iştirak edəcəyik. Amma bu o demək deyil ki, biz ADP-nin fikrini nəzərə almayacağıq. ADP ilə Ümid Partiyası öz namizədini irəli sürüb. ADP ilə bununla bağlı müəyyən məsələlərdə danışıqlarımız var. Seçkilərə bir və ya iki namizədlə gediləcəyi isə yekunda bəlli olacaq.

 

 

- Prezidentliyə namizədlik məsələsində Sizin Sərdar Cəlaloğluna güzəştə getmək imkanı nə qədərdir?

 

- Əlbəttə güzəştə gedə bilərəm. Sərdar bəy mənə güzəştə gedə bilir, mən yox?

 

- Belə olan təqdirdə bir blokdan iki nəfərin namizədliyinin irəli sürülməsi nə dərəcədə uğura gətirib çıxarar?

 

- Demək olmaz ki, uğur bütövlükdə ola bilər. Amma bundan ötrü düşmən olmağa dəyməz. Blokun ikin namizədi olsa, belə blok dağılmayacaq.             

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 780
avatar

Oxşar yazılar