İordaniyadan Azərbaycana növbəti dəstək
26 aprel 2014 15:41 (UTC +04:00)

İordaniyadan Azərbaycana növbəti dəstək

Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İordaniya Senatının sədri Abdur-Rauf Ravabdehin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın məlumatına görə, O. Əsədov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışıb. Milli Məclisin sədri əməkdaşlığın möhkəmlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin və parlamentlərarası əlaqələrin rolunu xüsusi vurğulayıb. O, xüsusilə hər iki ölkə arasında humanitar və mədəni sahələrdə əlaqələrin məmnunluq doğurduğunu söyləyib, iqtisadi əməkdaşlığın da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Milli Məclisin sədri Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırıb. İordaniyanın daim Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini deyən spiker bu ölkənin Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı bəyanatın qəbul edilməsinin bunun bariz nümunəsi olduğunu vurğulayıb.
 

Abdur-Rauf Ravabdeh Azərbaycanla İordaniya arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O vurğulayıb ki, İordaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və bu mövqe dəyişməzdir.
 

Görüşdə ölkələrimiz arasında gələcək əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlərə dair müzakirələr aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685
avatar

Oxşar yazılar