İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri vəfat edib
27 iyun 2013 17:02 (UTC +04:00)

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri vəfat edib

Nazim İbrahimov Lord Freyzerin ailəsinə başsağlığı verib

 

 

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri Lord Freyzer vəfat edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Dövlət Komitəsinin sədri Nazim İbrahimov Lord Freyzerin ailəsinə və İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvlərinə başsağlığı verib.

Başsağlığında qeyd edilir ki, Lord Freyzer Azərbaycan həqiqətlərinin Böyük Britaniya ictimaiyyətinə çatdırılmasında, bu ölkədə Azərbaycanın dostlarının sayının artmasında, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsində böyük xidmətlər göstərib: “Şərəfli həyat yolu keçən Lord Freyzerin vəfatı onun ailəsi, yaxınları, həmsədrlik etdiyi cəmiyyətin üzvləri, hamımız üçün ağır itkidir. Bu ağır itki ilə əlaqədar onun ailəsi və yaxınlarının, İngiltərə-Azərbaycan Cəmiyyətinin üzvlərinin kədərini bölüşür, onlara dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, 1997-ci ildə yaradılan İngiltərə-Azərbaycan Cəmiyyəti ölkəmizlə Böyük Britaniya arasında bütün sahələrdə əlaqələri dəstəkləyir, xeyriyyə təşəbbüslərinə yardım edir, Azərbaycan həqiqətlərini Böyük Britaniya əhalisinə çatdırılması istiqamətində xidmətlər göstərir. Cəmiyyətin Azərbaycan tərəfdən həmsədri professor Nərgiz Paşayevadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434
avatar

Oxşar yazılar