İlqar Məmmədov: “İbrahimbəyovun qeydə alınmaması Milli Şuranı məhv edəcək”
18 iyul 2013 15:50 (UTC +04:00)

İlqar Məmmədov: “İbrahimbəyovun qeydə alınmaması Milli Şuranı məhv edəcək”

REAL Hərəkatının sədri İlqar Məmmədov rəhbəri olduğu hərəkatın seçkiyə öz namizədi ilə getməsinin mümkünlüyünü bildirib.

 

Lent.az-ın məlumatına görə, İ. Məmmədov müraciətində qeyd edib: “Söz vermişdik ki, əgər hörmətli Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər vahid namizəd haqqında razılığa gəlsələr, biz mütləq belə birliyə dəstək verəcəyik. Ancaq “vahid namizəd haqqında razılıq” nə deməkdir? Bu, təkcə Milli Şura tərəfindən hörmətli Rüstəm müəllimin şəxsində vahid namizəd müəyyən etməsi deyil, həm də Milli Şuranın hər hansı digər üzvünün öz namizədliyini qeydə aldırmaq cəhdindən imtinasıdır”.

 

İ. Məmmədov qeyd edib ki, R. İbrahimbəyovun namizədliyinin qeydə alınmaması Milli Şuranı məhv edəcək: “Beləliklə, sözügedən siyasi nəsil ölkə miqyaslı səsvermələrdə özünün dalbadal on beşinci siyasi məğlubiyyətini yaşayacaq”.

 

İlqar Məmmədov daha sonra bildirib: “Biz hamımız İbrahimbəyovun ardınca getməliyik, o da öz növbəsində geridə qalmamalıdır. Əks halda, REAL seçkilərə doğru yolunu öz namizədiylə davam edəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 996
avatar

Oxşar yazılar