İlham Əliyev Ulyanovsk vilayətinin qubernatorunu qəbul edib
14 aprel 2014 17:01 (UTC +04:00)

İlham Əliyev Ulyanovsk vilayətinin qubernatorunu qəbul edib

0

Bu gün prezident İlham Əliyev Rusiya Federasiyasının Ulyanovsk vilayətinin qubernatoru Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, İlham Əliyev Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli əlaqələrin, o cümlədən ölkəmiz ilə Rusiyanın ayrı-ayrı subyektləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb.

 

Azərbaycanla Rusiya Federasiyası və onun subyektləri arasında müxtəlif istiqamətlərdə, o cümlədən investisiya, birgə istehsal və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu deyən prezident İlham Əliyev bu əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 798

Oxşar yazılar