Prezident İlham Əliyev ukraynalı həmkarı Viktor Yanukoviçi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib. APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:
“Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Bu gün dost Ukrayna dövlətçiliyin və suverenliyin möhkəmlənməsi, sosial-iqtisadi və humanitar sahələrdə dərin dəyişikliklər həyata keçirilməsi yolu ilə inamla irəliləyir.
Ölkənin beynəlxalq nüfuzu artır. Əminəm ki, Azərbaycan-Ukrayna dövlətlərarası münasibətləri, bizim strateji tərəfdaşlığımız və hərtərəfli əməkdaşlığımız dost xalqlarımızın və ölkələrimizin mənafeyi naminə bundan sonra da sıx qarşılıqlı fəaliyyət və qarşılıqlı dəstək məcrasında inkişaf edəcək.
Hörmətli Viktor Fyodoroviç, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Ukrayna xalqına sülh və firavanlıq arzulayıram”.