Prezident İlham Əliyev Mali Respublikasının prezidenti seçilməsi münasibəti ilə İbrahim Bubakar Keytanı təbrik edib. APA-nın verdiyi xəbərə görə, dövlət başçısının təbrik məktubunda deyilir:
“Hörmətli cənab Keyta, Mali Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Ümidvaram ki, birgə səylərimizlə Azərbaycan Respublikası ilə Mali Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişafına və genişlənməsinə nail olacağıq. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Mali xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.