İlham Əliyev İspaniyanın baş naziri ilə görüşüb
29 noyabr 2013 21:40 (UTC +04:00)

İlham Əliyev İspaniyanın baş naziri ilə görüşüb

Noyabrın 29-da prezident İlham Əliyev Vilnüsdə İspaniya Krallığının baş naziri Mariano Rahoy Brey ilə görüşüb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə,  Mariano Rahoy Brey dövlətimizin başçısı İlham Əliyevi yenidən prezidenti seçilməsi münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

O, İspaniya Kralının salamlarını dövlətimizin başçısına çatdırıb.


Görüşdə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi üçün yaxşı potensialın olduğu bildirilib.

Azərbaycan ilə İspaniyanın beynəlxalq təşkilatlar, o cümlədən BMT çərçivəsində uğurla əməkdaşlıq etdikləri vurğulanıb. İqtisadiyyatın biznes, inşaat, kənd təsərrüfatı, energetika və başqa sahələrində əlaqələrimizin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələrin aparıldığı görüşdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəmi qeyd edilib.


Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev İspaniya Kralının salamlarına görə təşəkkürünü bildirib, onun da salamlarını Krala çatdırmağı xahiş edib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575
avatar

Oxşar yazılar