Prezident Estoniyanın baş naziri ilə görüşüb
29 noyabr 2013 21:50 (UTC +04:00)

Prezident Estoniyanın baş naziri ilə görüşüb

Noyabrın 29-da Vilnüsdə prezident İlham Əliyev Estoniyanın baş naziri Andrus Ansip ilə görüşü olub.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görüşdə Azərbaycanla Estoniya arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluq ifadə edilib.

 

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın inkişafında Vilnüs Sammiti çərçivəsində imzalanan viza rejiminin sadələşdirilməsinə dair sənədin əhəmiyyəti vurğulanıb və bundan Estoniya tərəfinin məmnun qaldığı qeyd olunub.

Ölkələrimizin turizm, kənd təsərrüfatı və iqtisadiyyatın başqa sahələrində əməkdaşlığının yaxşı perspektivlərinin olduğu bildirilib.

 

Mənbə onu da bildirib ki, bununla da noyabrın 29-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Litva Respublikasına işgüzar səfəri başa çatıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar