İlham Əliyev Çexiya prezidenti Miloş Zeman ilə görüşüb
25 aprel 2014 00:15 (UTC +04:00)

İlham Əliyev Çexiya prezidenti Miloş Zeman ilə görüşüb

Prezident İlham Əliyev aprelin 24-də Praqada Çexiya prezidenti Miloş Zeman ilə görüşüb.

 

APA-nın verdiyi məlumata görə, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub. “Şərq tərəfdaşlığı” Proqramının Praqada keçirilən sammitində səmərəli müzakirələrin aparıldığı qeyd edilib.

 

Söhbət zamanı Azərbaycan ilə Çexiya arasında müxtəlif sahələrdə, xüsusilə sərmayə qoyuluşu, infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, nəqliyyat və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan-Çexiya hökumətlərarası birgə komissiyanın işinin gücləndirilməsinin, Çexiya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsinin önəmi vurğulanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 535
avatar

Oxşar yazılar