İlham Əliyev ABŞ müdafiə nazirinin müşavirini qəbul edib
01 iyul 2013 17:06 (UTC +04:00)

İlham Əliyev ABŞ müdafiə nazirinin müşavirini qəbul edib

Prezident İlham Əliyev ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə müşaviri Evelin Farkasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində uğurla inkişaf etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan hərbçilərinin beynəlxalq sülhməramlı missiyanın tərkibində iştirakının önəmi qeyd olunub, bu sahədə əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 386
avatar

Oxşar yazılar