Prezident İlham Əliyev türkiyəli həmkarı Abdullah Gülə başsağlığı verib. Lent.az-ın məlumatına görə, başsağlığı məktubunda deyilir: “Əziz Qardaşım,
Manisa vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
Dövlət başçısı həmçinin, baş nazir Rəcəb Tayyip Ərdoğana da başsağlığı verib.
Qeyd edək ki, Soma kömür mədənində baş vermiş qəzada ölənlərin sayı 205-ə çatıb.