İlham Əliyev: “Ölkə iqtisadiyyatına qoyulan sərmayə 25 milyard dollara çatacaq”
18 iyul 2013 18:58 (UTC +04:00)

İlham Əliyev: “Ölkə iqtisadiyyatına qoyulan sərmayə 25 milyard dollara çatacaq”

 

Bu gün prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

 

Lent.az-ın AzərTAC-a istinadən verdiyi məlumata görə, prezident bu ilin 6 ayının göstəricilərinin müsbət olduğunu, qarşıda duran bütün vəzifələrin uğurla icra edildiyini bildirən dövlət başçısı deyib ki, bu göstəricilər ilin sonuna kimi müsbət dinamikanın qorunacağını deməyə əsas verir.

 

Prezident İlham Əliyev qeyd edib ki, bu ilin birinci yarısında ümumdaxili məhsul (ÜDM) 5 faiz, qeyri-neft sektoru təxminən 11 faiz artıb. Onun sözlərinə görə, əsas hədəf qeyri-neft sektorunun inkişaf etdirilməsidir və bu istiqamətdə çox ciddi uğurlar qazanılıb. Qeyri-neft sektorunda gedən proseslər iqtisadiyyatın inkişafının ümumi təzahürüdür: “Bu ilin 6 ayı ərzində kənd təsərrüfatı sahəsində 5 faiz artım əldə olunub. Ölkə iqtisadiyyatına qoyulan sərmayələr xeyli artıb. Xarici investorların Azərbaycana inamı ölkənin ümumi inkişafını əks etdirir. 12,6 milyard dollar səviyyəsində qoyulan sərmayə çox gözəl göstəricidir. Əgər bu temp saxlanıla bilsə, ilin sonuna qədər ölkə iqtisadiyyatına qoyulan sərmayənin miqdarı 25 milyard dollara çatacaq”. 

 

Dövlət başçısı bildirib ki, hər qoyulan vəsait ölkə iqtisadiyyatına xidmət edir, yeni iş yerləri açılır, ölkənin qüdrətini artır: “Bu gün Azərbaycan artıq başqa ölkələrin iqtisadiyyatına sərmayə qoyur. Bu da müasir Azərbaycanın üstünlükləridir.  Avropanı, ümumən dünyanı böhranın bürüdüyü son illər xarici ölkə iqtisadiyyatlarına qoyulan vəsait göstərir ki, biz doğurdan da böyük imkanlara malikik. Biz özümüzü rahat, əmin hesab edirik. Bizim iqtisadi imkanlarımız və siyasi addımlarımız bir-biri ilə bağlıdır. Xarici bazarlara gələcəkdə nə qədər çox investisiya qoysaq, bizim siyasi çəkimiz də bölgədə və dünyada o qədər artacaq”.  

  

Prezident İlham Əliyev valyuta ehtiyatlarımızın gündən günə artdığını və 48 milyard dollardan çox olduğunu söyləyib. O qeyd edib ki, ölkədə aparılan islahatlar dünyanın aparıcı maliyyə qurumları tərəfindən də təqdir olunur. Bu islahatlar güclü sosial siyastlə tamamlanır: “Ona görə də hətta böhranlı illərdə Azərbaycan əhalisinin gəlirləri artıb, manatın məzənnəsi sabit qalıb. 6 ayda əhalinin pul gəlirləri 7 faizdən çox artıb, inflyasiya cəmi 2 faiz olub. Maaşlarda artım var. Orta maaş 520 dollar, orta pensiya 200 dollar səviyyəsindədir”.

Dövlət başçısı bölgələrin sürətlə inkişaf etdiyini vurğulayıb: “Böyük sənaye müəssisələri yaradılır, işsizliyin səviyyəsi azalır. Bu ilin sonuna başa çatacaq regionların inkişafı üzrə ikinci dövlət proqramı, eyni zamanda Bakı və ətraf qəsəbələrin inkişaf proqramı uğurla icra edilir”.
 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577
avatar

Oxşar yazılar