III Bakı Beynəlxalq Humanitar Forumunun yekun Bəyannaməsi qəbul olundu
01 noyabr 2013 18:38 (UTC +04:00)

III Bakı Beynəlxalq Humanitar Forumunun yekun Bəyannaməsi qəbul olundu

Bakıda keçirilən III Beynəlxalq Humanitar Forum başa çatıb.


 

APA-nın məlumatına görə, forumun yekununda Bəyannamə qəbul olunub.

 

Bəyannamədə forumda iştirak edən dünyanın müxtəlif ölkələrinin siyasət, elm, mədəniyyət və təhsil xadimləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri dövlətlərarası və regional əməkdaşlığın bütün səviyyələrində həmrəyliyinin zəruriliyini, inkişaf proseslərinin davamlığının təmin edilməsi naminə elmi, humanitar, mədəni inteqrasiyanın aktuallığını nəzərə alaraq, idarəçilik və istehsal texnologiyalarının konvergensiyası ilə bağlı müasir çağırış və təhlükələrin qlobal xarakter aldığı və cəmiyyətin inkişafında yeni dominantların aşkarlanması baxımından dünya birliyinin xüsusi diqqətini tələb etdiyini təsdiqləyiblər.

 

Bəyannamədə multikulturalizm sahəsində bir çox ölkələrin, o cümlədən Azərbaycanın uğurları etiraf edilir və müxtəlif ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsinin zəruriliyi qeyd olunur.

 

Forumun iştirakçıları ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısının alınması və eyni zamanda tolerantlıq mədəniyyətinin formalaşdırılması məqsədilə multikulturalizm problemlərinin KİV-də işıqlandırmasının vacibliyini xüsusi qeyd ediblər.

 

Sənəddə həyat keyfiyyətinin yüksəldilməsi və uzunömürlülüyün təmin edilməsi məqsədilə, həmçinin hazırda dünya miqyasında bu göstəricilərdə müşahidə olunan fərqlərin aradan qaldırılması üçün molekulyar biologiyanın və biotexnologiyanın nailiyyətlərinə əsaslanan texnologiyaların inkişafının zəruriliyi göstərilir; mədəniyyətlərarası dialoqun gerçəkləşdirilməsi və tolerantlıq mühitinin formalaşdırılması məqsədilə beynəlxalq strukturlar və müxtəlif humanitar təşkilatlar mütəmadi olaraq forum, konfrans, diskussiya və dəyirmi masalar keçirməyə çağırılır.  

 

# 594
avatar

Oxşar yazılar