Bu barədə APA-nın şimal bürosuna Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov məlumat verib.
Xaçmaz rayon Polis Şöbəsinin Xudat polis bölməsinin rəisi Elçin Rəcəbov isə APA-ya bu gün Xudat şəhərində yol nəqliyyat hadisəsinin baş verdiyini təsdiqləyib. Onun sözlərinə görə, qəzadan sonra sürücülər arasından mübahisə yaranıb: “Polis bölməsinə müraciət olunub və hadisə sənədləşdirilib”. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bölmə rəisi deyib ki, bəzi mətbuat orqanlarının Xudat şəhərində aksiya keçirilməsi ilə bağlı yaydıqları informasiya doğru deyil.