
İbrahimbəyovun yerinə Həsənli
Milli Şuranın avqustun 23-də keçiriləcək sessiyasında tarixçi alim Cəmil Həsənlinin qurumun prezidentliyə namizədi olması haqda qərar qəbul olunacaq. Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “Media forum”a deyib ki, qurumda təmsil olunan partiyalar, vətəndaş cəmiyyətinin üzvləri Cəmil Həsənlinin şuranın ehtiyat vahid namizədi olması məsələsində razılığa gəliblər: “Cəmil Həsənli özü də Milli Şuranın namizədi olmağa razılıq verib”.
Cəmil Həsənli 1952-ci ildə Biləsuvarda anadan olub. Tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. 20-dən çox kitabın müəllifidir.
1993-cü ildə (aprel-sentyabr) Azərbaycan Respublikası prezidentinin müşaviri vəzifəsində çalışıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olub. Ziyalılar Forumunun üzvüdür.
2000 və 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
Rus və ingilis dillərini bilir.
Oxşar yazılar

İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07
Azərbaycan səfiri Rusiya Xarici İşlər Nazirliyinə getdi -VİDEO
1 iyul 2025 , 10:48