Hüseyn Abdullayevlə bağlı Vergilər Nazirliyinə müraciət olundu
30 iyun 2013 13:38 (UTC +04:00)

Hüseyn Abdullayevlə bağlı Vergilər Nazirliyinə müraciət olundu

“İnterpol” vasitəsilə axtarışa verilən sabiq deputat Hüseyn Abdullayevlə bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsinə rəsmi müraciət göndərilib. Bu barədə məlumatı “Azadlıq”a Hüseyn Abdullayevin vəkili Kamandar Nəsibov bildirib.

 

Kamandar Nəsibov deyib ki, hələlik cinayət işi ilə bağlı heç bir şərh vermək mümkün deyil. O, əlavə edib ki, bu barədə rəsmi məlumat əldə edildikdən sonra daha geniş danışa bilər: “Rəsmi müraciət bu gün (dünən-red) göndərilib, ona görə də cavabı aldıqdan sonra söhbətin hansı vergidən getdiyi aydın olacaq. Cinayət işi ilə tanış olduqdan sonra şərh vermək olar. Amma indi nəsə demək mənim üçün çətindir”.

 

Kamandar Nəsibov iyunun 28-dən etibarən Hüseyn Abdullayevin vəkili kimi onun qohumları ilə müqavilə imzalayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1041
avatar

Oxşar yazılar