Hidayət Orucov etimadnaməsini təqdim etdi
20 fevral 2013 11:57 (UTC +04:00)

Hidayət Orucov etimadnaməsini təqdim etdi

Dövlət Komitəsinin sabiq sədri Qırğız Respublikası ilə ikitərəfli münasibətlərin möhkəmlənməsi və inkişafı üçün çalışacaq

 

Azərbaycanın Qırğız Respublikasına yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun öz etimadnaməsini Qırğız Respublikasının prezidenti Almazbek Atambayevə təqdim edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə,  təqdimat mərasimi zamanı Hidayət Orucov Azərbaycan prezidenti İlham Əliyevin salamlarını Almazbek Atambayevə çatdırıb.

 

Hidayət Orcuov prezident İlham Əliyevin iki qardaş ölkə arasında iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya və mədəni-humanitar və digər sahələrdə dinamik və uğurla möhkəmlənməsinə önəm verdiyini bildirib. Hidayət Orucov qeyd edib ki, səfir vəzifəsində çalışacağı dövrdə ikitərəfli münasibətlərin möhkəmlənməsi və inkişafı üçün səylərini əsirgəməyəcək.

Almazbek Atambayev Azərbaycan prezidentinin salamlarına görə öz təşəkkürünü bildirib və onunda salamlarını çatdırılmasını xahiş edib. O, Azərbaycanla sıx iş birliyinin inkişafı üçün vaxtın yetişdiyini vurğulayıb.

Qeyd edək ki, Hidayət Orucov 2006-cı il iyulun 25-dən 2012-ci il mayın 31-dək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri olub. O, keçən il dekabrın 27-də Qırğız Respublikasına səfir təyin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1922
avatar

Oxşar yazılar