Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirdə iştirak edəcək. Müdafiə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Almaniyanın Oberammerqau şəhərində "Cənubi Qafqaz və Moldova üzrə məlumat və təcrübə mübadiləsi" üzrə 21-ci konfrans keçiriləcək. İyunun 5-dən 6-dək davam edəcək tədbirdə Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcək.