“Tövbə” sədri “Vətən Naminə” Birliyi yaratdı
“Azərbaycan xalqı Allah naminə birləşmədi, Vətən naminə birləşsin”. Lent.az-ın verdiyi məlumata görə, bunu bu gün keçirdiyi mətbuat konfransında “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül bildirib.
Hacı Əbdül hər kəsi vətən naminə birliyə çağırdığını bəyan edib: Bu gün prezident seçkiləri ilə bağlı tədbirlər keçirir, namizədlərini müəyyənləşdirirlər. Biz onların heç birinə qarşı çıxmırıq. Biz xalqına bağlı nümayəndələri birləşməyə çağırırıq. Biz “Vətən Naminə” Birliyi yaradırıq. “Vətən Naminə” Birliyi bu gündən elan olunur və bu gündən fəaliyyətə başlayır”.
Hacı Əbdül Milli Şuraya da münasibət bildirib: “Milli Şurada vətənpərvər insanlar da var, eyni zamanda torpaqlarımızın işğalında rolu olan insanlar da. İnanmıram ki, qarmaqarışıq vəziyyətdə olan Milli Şura ağıllı-başlı fəaliyyət göstərsin. Orada başqa dövlətlərə xidmət edənlər də var. Milli Şuradakı vətənpərvər insanların da “Vətən Naminə” Birliyində iştirak etməsini istərdik. Bizim əsas məqsədimiz torpaqlarımızın azad edilməsinə nail olmaqdır”.
Hacı Əbdül iqtidarın da, müxalifətin də siyasəti ilə razılaşmadığını bildirib: “Ancaq bu o demək deyil ki, öz namizədimizi irəli sürəcəyik. Biz iqtidarla ona görə razı deyilik ki, iqtidardakı bəzi məmurların əlindən xalq cana gəlib. Müxalifətdəki bəzi şəxslər isə bir dəfə hakimiyyətdə olub, hakimiyyətdə olan dövrdə etdikləri hərəkəti xalq indi də yaddan çıxarmayıb”.

Hacı Əbdül: “İnanmıram ki, Milli Şura ağıllı-başlı fəaliyyət göstərsin”
Oxşar yazılar

MEDİA-dan sosial şəbəkələrdə yayılan saxta məlumatla bağlı AÇIQLAMA
12 iyul 2025 , 19:52
Azərbaycan Suriyaya qaz verəcək
12 iyul 2025 , 15:34
İşğal zamanı əsirlikdə işgəncələrə məruz qalmış şəxslər ifadə verdilər
10 iyul 2025 , 22:45
Sülh gündəliyi Azərbaycanın liderliyi ilə irəliləyir
10 iyul 2025 , 17:29
İlham Əliyevlə Paşinyanın görüşünün nəticəsi məlum oldu
10 iyul 2025 , 14:35
Azərbaycan və Ermənistan rəhbərliyi ilk dəfə vasitəçisiz görüşdü - VİDEO - YENİLƏNİB
10 iyul 2025 , 14:02
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar - Tarixi Əbu-Dabi görüşü
10 iyul 2025 , 12:53