Azərbaycanın tanınmış jurnalısti, “Azadlıq” qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli Amerika Birləşmiş Ştatlarına köçüb. Lent.az-ın məlumatına görə, bu barədə modern.az İTV-nin proqram aparıcısı, telejurnalist Vəsilə Vahidqızına istinadən xəbər yayıb.
“Jurnalistikadan da getdi, Azərbaycandan da. Uzaq Amerikaya getdi. Dostumuzun adına sevinsək də, bir yandan daim kədərlənirik. Kimlər getdi.....”- deyə Vəsilə xanım yazıb. O, internetdə Gündüz Tahirlinin əks olunduğu son fotoları da paylaşıb.
Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəvəsi olan Gündüz Tahirlı 1994- 2001-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru olub. 2001-ci ilin sonlarında “Yeni Yüzil” qəzetini açıb, 2002-ci ilin aprelində qəzet fəaliyyətini dayandırıb. Bundan sonra G. Tahirli aktiv jurnalistlik fəaliyyətinə son verərək, biznes sektoruna gedib. O, uzun müddət idi gündəmdə deyildi.