Gültəkin Hacıbəylinin keçmiş baldızına ittiham
16 iyul 2013 12:23 (UTC +04:00)

Gültəkin Hacıbəylinin keçmiş baldızına ittiham

“Bakı şəhər sakini Aynurə Mehdiyeva tərəfindən dayə qismində dəvət etdiyi Filippin vətəndaşına zor tətbiq etməklə əməyinin istismar olunması faktı müəyyən edilib”. Bu məlumatı Daxili Işlər Nazirliyi iyunun 13-də yayıb. Məlumatda daha sonra bildirilirdi: “13 iyun tarixində DIN-in Insan Alverinə Qarşı Mübarizə və Baş Pasport, Qeydiyyat və Miqrasiya idarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində cari ilin may ayının 20-dən iyun ayının 10-dək olan müddət ərzində Bakı şəhər sakini Aynurə Mehdiyevanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Filippin vətəndaşını (28 yaşlı qadın) dayə qismində dəvət etməsi, ona fərdi iş icazəsi almadan şəxsiyyətini təsdiq edən sənədini götürərək zor tətbiq etməklə əməyinin istismar olunması faktı müəyyən edilib”.

 

O zaman KİV-də bu barədə yayılan məlumatlarda Aynurə Mehdiyevanın əməlinə görə saxlandığı da əksini tapıb. “Azadlıq”a daxil olan məlumatlara görə, sonradan Aynurə Mehdiyeva sərbəst buraxılıb.

 

Qeyd edək ki, Aynurə Mehdiyeva sabiq deputat Gültəkin Hacıbəylinin keçmiş baldızıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2086
avatar

Oxşar yazılar