Gəncədə Gürcüstanın baş konsulluğu açıldı
19 fevral 2014 17:08 (UTC +04:00)

Gəncədə Gürcüstanın baş konsulluğu açıldı

 Gəncədə Gürcüstanın baş konsulluğu fəaliyyətə başlayıb.


 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, açılış mərasimində Gəncədə üçtərəfli görüş keçirən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər nazirləri Əhməd Davudoğlu da iştirak edib.

 

Tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək bildiriblər ki, baş konsulluğun açılması iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin yaxşılaşdırılmasına və xalqların dostluq əlaqələrinin inkişafına səbəb olacaq.

 

Rəsmi açılışdan sonra qonaqlar baş konsulluğun binasına baxış keçiriblər. Üç ölkənin xarici işlər nazirləri Türkiyənin Gəncədəki konsulluğunu da ziyarət ediblər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 592
avatar

Oxşar yazılar