Gələcəyə inamla
10 iyun 2013 17:29 (UTC +04:00)

Gələcəyə inamla

Yeni Azərbaycan Partiyası yarandığı andan etibarən öz fəaliyyətini həm ölkə daxilində, həm beynəlxalq müstəvidə genişləndirə bilmiş, Azərbaycan tarixində əsaslı dəyişikliklərə yol açan strateji inkişafa imza atmışdır . Bu gün Partiya Cənubi Qafqazın ən böyük partiyası olmaqla xalq partiyası imicini formalaşdırmış, 20 illik iqtidar fəaliyyəti ilə xalq etimadını doğrultmuşdur.

1992-ci ilin ağır sosial-siyasi, iqtisadi kataklizmlər dövründə Respublikanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi. Səbəb dövləti bu ağır şəraitdən çıxaracaq şəxs kimi yalnız ona inanılması idi. 1970-80-ci illərdə xalqımız üçün, dövlətçilik ənənələrimizin inkişafı üçün verdiyi töhfələr inamın əsassız olmadığını sübut edirdi. Beləliklə 1992-ci ilin noyabrında Naxçıvanda Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Partiyanın təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvanda keçirildi və Heydər Əliyev YAP-ın sədri seçildi. Partiyanın adından göründüyü kimi partiyanın qarşısında duran məqsəd- yeni, totalitarizmin buxovlarından azad olmuş, həmçinin ictimai-siyasi sabitliyə nail olmuş Azərbaycanın yaradılmasından, demokratik inkişaf yolunun seçilib, xalq müqəddaratının təyinindən ibarət idi. Nizamnamədə də qeyd edilirdi ki, partiya hakimiyyət uğrunda mübarizə aparan bir partiya kimi yarnamırdı. Partiya Azərbaycanın bu ağır dövründə ölkəmizin ictimai-siyasi həyatında iştirak etmək və Azərbaycanı bu ağır vəziyyətdən çıxarmaq üçün yaranmışdı. YAP-a inamın artmasına səbəb də məhz bu məqsədlərin yalnız kağız üzərində qalmamısı, real işdə özünü təsdiqləməsi idi.

Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranmasıyla müasir tipli siyasi sistemin, yeni siyasi mədəniyyəti əsası qoyuldu. Ölkəni xaosdan xilas oldu. İctimai-siyasi quruluşun istiqaməti dəyişdi, dövlətimiz bazar iqtisadiyyatı sisteminə keçirildi. Daxili və xarici siyasətin prinsiplərini ehtiva edən mükəmməl milli inkişaf proqramı hazırlanıb həyata keçirildi. Güclü, dinamik inkişaf yoluna qədəm qoyan dövlət quruldu. İnsan fəaliyyətinin bütün sahələrində əsaslı islahatlar aparıldı. Dünyadan təcrid olunan, istər informasion , istərsə də siyasi blokada vəziyyətində olan  Azərbaycan dünyaya yol açdı. Dünya birliyinə inteqrasiya üçün əməli tədbirlər görüldü. Xalq milli mənəvi və ümumbəşəri dəyərlərə əsaslanan azərbaycançılıq, milli birlik ideologiyası ətrafında birləşdi. Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu istiqamətində mühüm tarixi nailiyyətlər əldə olundu. 

Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanda aparıcı qüvvə, dövlət siyasətinin reallaşmasında əsas aktordur. Partiya üzvlərinin sayı 600 mindən çoxdur. Bu say özlüyündə Partiyanın məram və məqsədlərinin hər bir vətəndaş üçün qəbuledilənliyinin göstəricidir. Digər bir vacib xüsusiyyət partiya sıralarına qoşulan gənclərin artım statistikasıdır. Bu gün gənclik YAP-ı təqzibedilməz güc kimi qəbul edir, Respublikamızı inkişafa, gələcək uğurlara aparan yeganə qüvvə kimi tanıyır. Çünki partiyanın fəaliyyəti onun məqsəd və vəzifələrinə uyğun şəkildə reallaşır ki, bu da gənclərə, bütövlükdə vətəndaşlara inamlı təsir bağışlayır. Partiyaya olan axının səbəbi də məhz vətəndaşların dövlətin ictimai-siyasi həyatına aktiv şəkildə qoşulması, partiyanın iş prinsiplərini dövlətin tərəqqisi üçün ən yaxın yol seçməsi ilə bağlıdır.

Partiyanın V qurultayında görülən işlərlə bağlı verilən hesabatlar, çıxışlar bir daha sübut etdi ki, YAP Azərbaycanın uğurlu, parlaq gələcəyini təmin edə biləcək yeganə partiyadır. Çünki Yeni Azərbaycan Partiyasının amalı qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır. 20 il ərzində tarixi sınaqlardan, çətin dövrlərdən keçməklə əldə etdiyimiz nailiyyətlər YAP-ın adı ilə bağlıdır. İlham Əliyevin 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizəd irəli sürülməsi haqqında partiya qərarının yekdilliklə qəbul olunması on il ərzində Azərbaycanın əldə etdiyi uğurların, regional liderliyinin hər bir vətəndaş tərəfindən qəbul olunması və dəstəklənməsi ilə bağlıdır.

 Bütün sadalanan amillər təsdiq edir ki,  ölkə qarşısında duran vəzifələr Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla icra ediləcək, Ümummilli lider Heydər Əliyevin siyasi irsinə varislik ruhunda davam edəcəkdir.       

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"

İctimai Birliyinin  fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412
avatar

Oxşar yazılar