Fikrət Məmmədov Türkiyənin baş prokuroru ilə görüşüb
12 iyun 2013 16:46 (UTC +04:00)

Fikrət Məmmədov Türkiyənin baş prokuroru ilə görüşüb

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Azərbaycanda səfərdə olan Türkiyənin Baş prokuroru Hesen Erbilin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Lent.az-a Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Nazir ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə sisteminin və infrastrukturunun müasirləşdirilməsi, qabaqcıl İKT-lərin və elektron xidmətlərin tətbiqi, həmçinin hakimlərin şəffaf seçimi və tədrisi barədə məlumat verib.

H.Erbil isə iki dövlət arasında qurulmuş münasibətlərin ən yüksək səviyyəyə çatdığını bildirib.

 

Görüşdə həmçinin, iki ölkənin Ədliyyə akademiyaları arasında əməkdaşlıq, inzibati ədliyyə, hakimlərin və prokurorların tədrisi, habelə penitensiar infrastrukturun müasirləşdirilməsi və digər maraq kəsb edən məsələlər üzrə faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar