Fərhad Əliyev: “Mən İlham Əliyevə səs verəcəyəm”
24 avqust 2013 20:11 (UTC +04:00)

Fərhad Əliyev: “Mən İlham Əliyevə səs verəcəyəm”

“Bu gün mənə məlum oldu ki, professor Cəmil Həsənli qarşıdan gələn prezident seçkisində Milli Şuranın namizədi olub. Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Cəmil Həsənliyə çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona  minnətdaram”.

 

Hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus bu açıqlamanı avqustun 24-də vəkil Elton Quliyev “mediaforum” saytına təqdim edib. 

 

F. Əliyev qeyd edib ki, o, qarşıdakı prezident seçkisində İlham Əiyevə səs verəcək: “Yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum, Azərbaycanın iqtisadi dirçəlişini təmin edən, dünyaya tanıdan, uzaqgörən siyasəti ilə beynəlxalq nüfuza malik olan cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm. Bu səbəblərə görə də prezident seçkisində cənab İlham Əliyevə səs verəcəyəm. Yaxınlarımın da mənimlə eyni mövqedə durduğuna inanıram”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2324
avatar

Oxşar yazılar