Millət vəkili Fazil Mustafa Afrikaya gedib.
Lent.az-ın məlumatına görə, F. Mustafa bu barədə “facebook”dakı ünvanında yazıb. O bildiirb ki, bu gün Cənubi Afrikaya yola düşür: “Beynəlxalq tədbirdə iştirak üçün gedirik. İnşallah, bir həftə sonra Bakıya dönüşümüzdür. Hamıya Allahdan salamatlıq arzulayıram”.
Qeyd edək ki, ötən həftə parlamentin iclasında Fazil Mustafa ilə deputat həmkarı Siyavuş Novruzov arasında qalmaqal yaranmışdı. S. Novruzov F. Mustafanı bir hekayəsində Azərbaycanı Afrikaya bənzətdiyi üçün sərt tənqid edib, onun Azərbaycan xalqından üzr istəməli olduğunu bildirmişdi.