Ermənistan və Ukrayna hərbçiləri Azərbaycandakı iclasa qatılmayacaq
07 aprel 2014 18:39 (UTC +04:00)

Ermənistan və Ukrayna hərbçiləri Azərbaycandakı iclasa qatılmayacaq

İclasda iştirak edəcək nümayəndə heyətləri bəlli olub


 

Aprelin 8-də Bakıda keçiriləcək MDB Baş Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edəcək nümayəndə heyətləri bəlli olub.

 

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

İclasda 5 ölkəni – Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstanı Silahlı Qüvvələrin Baş Qərargah rəisləri, Tacikistanı isə Baş Qərargah rəisinin müavini təmsil edəcək. Toplantıda həmçinin MDB İcraiyyə Komitəsinin əməkdaşları da iştirak edəcəklər.

 

İclasa Ermənistan və Ukrayna nümayəndələri qatılmayacaq.

 

MDB Baş Qərargah Rəisləri Komitəsinin iclası ilk dəfədir Bakıda keçirilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 746
avatar

Oxşar yazılar